Əli Əsədov Kosta Rikanın Birinci vitse-prezidenti ilə investisiya perspektivlərini müzakirə edib
Antonio Koşta: Azərbaycan Respublikası Avropa İttifaqı üçün əsas tərəfdaşlardan biridir
Azərbaycan Prezidenti: Biz artıq Ermənistanla ticarətə başlamışıq, əminəm ki, sülh davam edəcək
Prezident: Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq
17:23
637
Biz cəmi yeddi aydır sülh şəraitində yaşayırıq.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatında bildirib.
“Müstəqillik 1991-ci ildə əldə olunub və yalnız son yeddi ay ərzində sülh dövrü yaşanır. Mən əminəm ki, sülh davam edəcək. Biz artıq ticarətə başlamışıq və Ermənistana mühüm neft məhsullarının tədarükünə start vermişik. Bu isə bir daha güclü siyasi iradəmizin nümayişidir. Düşünürəm ki, bu, hər iki tərəfin sağlam münasibətlər qurmaq və sülhə sadiq qalmaq niyyətinin ən yaxşı göstəricisidir. Buna görə də gündəliyimizin əsas mövzusu regionda təhlükəsizlik məsələlərinin müzakirəsidir”, - dövlət başçısı vurğulayıb.
17:45
567
17:26
651
17:20
665