Əli Əsədov Kosta Rikanın Birinci vitse-prezidenti ilə investisiya perspektivlərini müzakirə edib
Antonio Koşta: Azərbaycan Respublikası Avropa İttifaqı üçün əsas tərəfdaşlardan biridir
Azərbaycan Prezidenti: Biz artıq Ermənistanla ticarətə başlamışıq, əminəm ki, sülh davam edəcək
Prezident: Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq
17:45
686
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 11-də ölkəmizdə səfərdə olan Kosta Rika Respublikasının Birinci vitse-prezidenti Fransisko Qamboa ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı Fransisko Qamboanın 13-cü Qlobal Bakı Forumunda iştirakının əhəmiyyəti vurğulanıb.
Dünyada artan gərginlik və mürəkkəb geosiyasi proseslər fonunda Forumun dialoqun təşviqi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma rolunu oynadığı bildirilib.
Görüşdə Azərbaycan-Kosta Rika əlaqələrinin iqtisadi, investisiya, yaşıl enerji, humanitar və digər sahələrdə inkişaf perspektivləri müzakirə olunub.
BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan görüşdə iştirak edib.
17:26
749
17:23
735
17:20
763