Zelenski Rusiya və ABŞ ilə danışıqlarda Ukrayna nümayəndə heyətini təsdiqləyib
"Dövlət qurumlarının adlandırılmasında terminlərin təsadüfi seçilməsi yolverilməzdir”
Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları müzakirə edilib
İşğaldan azad edilmiş ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib
11:33
819
Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, cinayət işində bir epizod üzrə cəlb etmə müddəti keçdiyi üçün Namiq Mirzəyevin şikayəti qismən təmin edilib və cəza 3 ay azaldılıb.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Namiq Mirzəyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. N.Mirzəyev dövlətə vurduğu ziyandan 343 min 810 manatını ödəyib.
O, 6 milyonluq mənimsəmədə təqsirli hesab edilir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkir.
Bildirək ki, Namiq Mirzəyev ötən ilin avqust ayında DTX-nin vəsatəti əsasında həbs edilib.
Təqsirləndirilən Namiq Mirzəyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunur.