21:06
553
“Rusiya–Ukrayna müharibəsi artıq bir neçə ildir ki, dünya gündəminin ən əsas və narahatlıq doğuran mövzularından biri olaraq qalır”.
Bunu Milli Məclisin deputatı Vüqar İsgəndərov Xalqcebhesi.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, müharibənin başladığı müddətdən etibarən müxtəlif vasitəçi ölkələrin iştirakı ilə bir sıra danışıqlar aparılıb və tərəflər arasında görüşlər təşkil olunub:
“Bu proseslərdə ABŞ və digər dövlətlərin vasitəçiliyi ilə, o cümlədən Türkiyənin təşəbbüsü ilə İstanbulda da görüşlər keçirilib. Əsirlərin dəyişdirilməsi kimi müəyyən humanitar addımlar atılsa da, indiyədək tərəflər arasında əsas məsələlər üzrə konsensus əldə olunmayıb”.
V.İsgəndərovun sözlərinə görə, bunun əsas səbəblərindən biri tərəflərin mövqelərinin kəskin fərqlənməsidir. Onun fikrincə, Rusiya müharibə müddətində ciddi itkilər versə də, qarşıya qoyduğu məqsədlərə çatmadan münaqişəni bitirmək niyyətində deyil:
“Dörd ilə yaxın davam edən müharibə Rusiyaya həm maliyyə, həm də insan itkisi baxımından böyük zərər vurub. Bu səbəbdən Moskva müəyyən nəticə əldə etmədən müharibənin bitməsini istəmir. Digər tərəfdən, Ukrayna da ərazilərinin böyük hissəsini itirib, ciddi insan və iqtisadi itkilərlə üzləşib. Bu da tərəflər arasında kompromisin əldə olunmasını çətinləşdirir.ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəldikdən sonra bu münaqişə ilə bağlı vasitəçilik təşəbbüsü və keçirilən görüşlər müəyyən ümidlər yaratsa da, son proseslər fonunda danışıqların aktivliyi azalıb. Hazırda beynəlxalq gündəmdə əsas diqqət ABŞ–İsrail–İran qarşıdurmasına yönəlib və bu səbəbdən Rusiya–Ukrayna müharibəsi müəyyən qədər ikinci plana keçmiş kimi görünür.
Hazırkı vəziyyətdə ABŞ rəhbərliyi üçün əsas prioritetlərdən biri İranla bağlı yaranmış gərginlikdir. Donald Trampın da diqqətinin əsasən bu istiqamətə yönəldiyi müşahidə olunur. Bu fonda Rusiya–Ukrayna müharibəsi beynəlxalq gündəmdə müəyyən qədər arxa plana keçmiş kimi görünür”.
Günel Elxan
21:08
553
21:08
546
21:01
553