İmişlidə 69 yaşlı kişi evdə yanaraq ölüb Hadisə

İmişlidə 69 yaşlı kişi evdə yanaraq ölüb

İmişlidə yanan evdə kişi meyiti aşkar edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli sakini Sürahi Quliyevaya məxsus 3 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğın yerinin kəşfiyyatı zamanı kişi meyiti aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon mərkəzinə yerləşdirilib. Ölən şəxsin həmin evdə kirayədə yaşayan İmişli rayonunun Qaradonlu kənd sakini, 1957-ci il təvəllüdlü Sədrəddin Qüdrət oğlu Fərəcov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.