İran Silahlı Qüvvələri ərəb ölkələrini ABŞ-ı regiondan çıxarmağa çağırıb Gündəm

İran Silahlı Qüvvələri ərəb ölkələrini ABŞ-ı regiondan çıxarmağa çağırıb

Ərəb ölkələri öz infrastrukturuna ziyan dəyməsini istəmirlərsə, ABŞ-ı öz ərazilərini tərk etməyə məcbur etməlidirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari bildirib.

"Regionda ərazilərində Amerika hərbi bazaları yerləşən ölkələr, əgər zərərdən qaçmaq istəyirlərsə, mütləq amerikalıları öz ölkələrindən çıxmağa məcbur etməlidirlər", — deyə İran dövlət teleradio şirkəti bəyanatdan bir parçanı sitat gətirib.

Məryəm Quliyeva