Naftalanda 36 yaşlı kişi dəm qazından zəhərlənib Hadisə

Naftalanda 36 yaşlı kişi dəm qazından zəhərlənib

Naftalanda kişi dəm qazından zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Naftalan şəhərində yerləşən evlərinin birində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü A.Əsgərzadə zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, 36 yaşlı kişi yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.