Həlak olmuş iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub
Emin Əmrullayev Şimali Kipr Türk Respublikasının Baş naziri ilə görüşüb
DTX rəisi: Qlobal və regional gərginliklərə baxmayaraq, ölkədə siyasi sabitlik qorunub saxlanılıb
TAP ilə Azərbaycandan Yunanıstana indiyədək ixrac olunan qazın həcmi açıqlanıb
2 Fevral 21:41
2 226
Son illər gənclər arasında ailə qurma yaşının yüksəlməsi bir sıra psixoloji və sosial amillərlə bağlıdır.
Bu barədə Xalqcəbhəsi.az-a açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.
Onun sözlərinə görə, gənclərin ailə qurmaq istəklərinin azalmasının əsas səbəblərindən biri daha sərbəst və məsuliyyətsiz həyat tərzinə üstünlük vermələridir:
“Gənclər gəncliklərini doya-doya yaşamaq, azad olmaq, məsuliyyətdən kənarda qalmaq istəyirlər. Bu isə ailə qurmaq qərarını təxirə salmalarına səbəb olur. Efirlərdə və sosial şəbəkələrdə tez-tez nümayiş etdirilən konfliktli ailə münasibətləri, ailədaxili zorakılıq, psixoloji və fiziki şiddət halları gənclərdə evliliyə qarşı qorxu və tərəddüd yaradır.Bu cür nümunələr gənc yaşda ailə qurmağın riskli olduğu fikrini formalaşdırır.
Müasir dövrdə insanlar arasında patoloji qısqanclıq, nevroloji problemlər, bir-birini idarə etmə meyli artıb.Ailələrin cütlüklərin şəxsi həyatına müdaxiləsi, mühafizəkar valideyn yanaşması ailənin həm qurulmasına, həm də davamlılığına ciddi maneə yaradır.
Gənclərin bir qismi ailə təzyiqi və ənənələrə sadiqlik naminə evlənir, digər qismi isə ailə qurmağı ümumiyyətlə prioritet hesab etmir.
Övlad dünyaya gətirmək, böyütmək və təhsil vermək kimi məsuliyyətlər gənclər üçün ağır yük kimi qəbul olunur”.
Psixoloq vurğulayıb ki, ailə yalnız məsuliyyət deyil, eyni zamanda yüksək mənəvi dəyərdir:
“Ailə sevincin və kədərin bölüşüldüyü, birlikdə yaşlanmaq, bir-birinə dayaq olmaq deməkdir. Sağlam ailə münasibətləri insanın psixoloji rifahına birbaşa təsir edir. Bu dəyərlərin formalaşdırılması erkən yaşlardan başlamalıdır.Ailə anlayışı orta məktəbdən tədris olunmalı, uşaqlara ailənin gözəllikləri və məsuliyyətləri düzgün şəkildə aşılanmalıdır. Bu, gələcəkdə daha sağlam seçimlərin edilməsinə və boşanmaların azalmasına töhfə verə bilər”.
Günel Elxan
17:30
735
17:02
1 057
15:34
1 330