Baş nazirin müşaviri: Netanyahunun Kuşnerlə görüşü keçirilir
17 Avqust 16:06
17 Avqust 16:06
17 Avqust 15:33
17 Avqust 14:07
17 Avqust 13:08
3 Fevral 10:51
2 044
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə 57 əcnəbini deportasiya ediblər. Onların arasında Rusiya vətəndaşları da var.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
DİN-in məlumatına görə, Gürcüstandan Azərbaycan, Əlcəzair, Banqladeş, Yunanıstan, Misir, İordaniya, İsrail, Hindistan, İran, Yəmən, Çin, Kuba, Mərakeş, Nepal, Nigeriya, Rusiya, Suriya, Türkiyə, Tailand, Türkmənistan və Özbəkistan vətəndaşları çıxarılıb. Həmin şəxslərin respublikaya girişi qadağan edilib.
Bildirilir ki, yanvar ayında Gürcüstandan ümumilikdə 232 miqrant deportasiya olunub.
Son dövrlər Gürcüstanda qeyri-qanuni miqrantlara qarşı fəal mübarizə aparılır. Ötən il ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirərək deportasiya və miqrantların axtarışı prosedurlarını sadələşdirib. Gürcüstan DİN-i hər ay onlarla əcnəbi vətəndaşın ölkədən çıxarıldığı barədə məlumat verir. 2025-ci ildə Gürcüstan hakimiyyəti 1,3 mindən çox qeyri-qanuni miqrantı deportasiya edib ki, bu da əvvəlki altı ilin cəmi göstəricisindən çoxdur.
Məryəm Quliyeva
17 Avqust 20:41
693
17 Avqust 19:35
728
17 Avqust 17:22
833