Polşa pilotlarının nüvə bombalarından istifadə təlimi üçün müraciət edib Dünya

Polşa pilotlarının nüvə bombalarından istifadə təlimi üçün müraciət edib

Polşa Hərbi Hava Qüvvələrinin pilotlarına Amerika nüvə bombalarının istismarını öyrətməyə imkan verən "Dual Capable Aircraft" (DCA) proqramında iştirak etmək üçün müraciət edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Wirtualna Polska" nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Polşanın namizədliyi təsdiqlənəcəyi təqdirdə, ölkə sonradan müharibə baş verəcəyi halda NATO ölkələrinə Amerika nüvə silahından istifadə etməyə imkan verən "Nuclear Sharing" proqramına qoşula biləcək.

"Wirtualna Polska"nın qeyd etdiyinə görə, hazırda "Nuclear Sharing" proqramında Belçika, Almaniya, Niderland, İtaliya və Türkiyə iştirak edir. Polşanın bu proqramda potensial iştirakı 1970-ci il Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin müddəaları ilə qismən məhdudlaşdırılır. Lakin nüvə döyüş başlıqları ölkə ərazisində saxlanılmayacağı təqdirdə, Varşava razılaşmanı pozmadan proqramda iştirak edə biləcək.

Məryəm Quliyeva