08:08
280
ABŞ administrasiyası İran tərəfindən Vaşinqtona mümkün hücum hazırlığının əlamətlərini görmür.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Manilada jurnalistlərlə söhbəti zamanı bildirib.
"Mən bu məlumatları heç şərh etməyəcəyəm, çünki sizə belə informasiyaları kimin ötürdüyünü təsəvvür etmirəm. Əgər söhbət kəşfiyyat məlumatlarından getsəydi, onlar məxfi saxlanılardı", – deyə Rubio bəyan edib.
"Əminəm ki, bizim sistemlərimiz bu cür halları əvvəlcədən aşkar etməyə imkan verir. Hesab etmirəm ki, hər hansı qaçılmaz təhdid var", – deyə ABŞ Dövlət katibi vurğulayıb və KİV-də bu barədə yayılan xəbərlərin onu narahat etmədiyini əlavə edib.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtona hücum edəcəyi təqdirdə Birləşmiş Ştatların misli görünməmiş gücdə cavab zərbələri endirəcəyini bəyan etmişdi.
Məryəm Quliyeva