ING: Azərbaycan regionun maliyyə baxımından ən güclü ölkəsi olaraq qalır
Uitkoff və Kuşner Rusiya, ABŞ və Çin liderlərinin görüşündə iştirak etməyəcəklər
Azərbaycanda 21 yeni peşə məktəbinin tikintisi nəzərdə tutulur
Ceyhun Bayramovla Almaniyanın xarici işlər naziri arasında geniştərkibli görüş keçirilib
11:02
175
Peşə təhsilinə qəbulda qadınların payı 2022-ci ildəki 32 faizdən 2026-cı ildə 42 faizə yüksəlib.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə Təhsili Forumu 2026” tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, 2026-cı ildə peşə təhsili almaq üçün 52 min nəfər müraciət edib, qəbul olunanların sayı isə 28 minə çatıb.
İlqar Bayramlı, həmçinin qeyd edib ki, dövlət sifarişli qəbul yerlərinin sayı 2022-ci ildə təxminən 16 min olduğu halda, 2026-cı ildə 23 minə yüksəlib.