09:04
273
Noyabrın 17-də dünya fond bazarlarında əsasən mənfi dinamika qeydə alınıb. ABŞ və Avropada bütün əsas indekslər geriləyib, Asiya-Sakit okean regionunda isə eniş üstünlük təşkil edib.
“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 848,75 bənd və ya 1,64% azalaraq 50 759,42 bəndə düşüb. “S&P 500” indeksi 76,06 bənd və ya 1,03% geriləyərək 7 340,53 bəndə, “Nasdaq Composite” indeksi isə 181,38 bənd və ya 0,74% azalaraq 24 328,38 bəndə enib.
“NYSE Composite” indeksi 1,45% azalaraq 23 813,10 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 1,14% geriləyərək 35 315,30 bənd təşkil edib.
Avropa fond bazarlarında da bütün əsas indekslər ucuzlaşıb. “Euro Stoxx 50” indeksi 2,15% azalaraq 6 212,11 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi isə 1,76% geriləyərək 10 689,87 bəndə düşüb.
Almaniyanın “DAX” indeksi 2,08% azalaraq 26 045,37 bənd, Fransanın “CAC 40” indeksi 1,62% geriləyərək 8 216,78 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 1,61% ucuzlaşaraq 19 625,30 bənd təşkil edib.
Asiya-Sakit okean regionunda da əsasən mənfi dinamika müşahidə olunub. Yaponiyanın “Nikkei 225” indeksi 85,10 bənd və ya 0,14% artaraq 58 945,53 bəndə yüksəlib. “TOPIX” indeksi isə 0,52% azalaraq 3 820,08 bəndə düşüb.
Honq-Konqun “Hang Seng” indeksi 1,07% azalaraq 23 256,27 bəndə, Çinin “CSI 300” indeksi isə 0,49% geriləyərək 3 957,03 bəndə enib.
Avstraliyanın “S&P/ASX 200” indeksi 0,57% azalaraq 8 832,40 bənd təşkil edib. Regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə 1,56% geriləyərək 244,95 bəndə düşüb.
Analitiklərin qiymətləndirmələrinə görə, dünya fond bazarlarında enişə ABŞ-ın Çinə süni intellekt çiplərinin tədarükünə məhdudiyyətləri sərtləşdirməsi, texnologiya sektorunda satışların güclənməsi və “Nvidia”nın maliyyə nəticələri ərəfəsində investorların ehtiyatlı mövqeyi təsir göstərib. Süni intellekt investisiyalarının gəlirliliyi ilə bağlı narahatlıqlar da bazarlara təzyiq yaradıb.