“Ailə dəyərləri və “yeni media” Hadisə

“Ailə dəyərləri və “yeni media”

JuHİ Cəlilabadda mövzusunda dəyirmi masa keçirib

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Cəlilabad şəhərində "Ailə dəyərlərinin inkişaf etdirilməsində "yeni media"nın rolu" mövzusunda dəyirmi masa keçirib. "Yeni gün" qəetinin redaksiyasında keçirilən tədbirə Cənub bölgəsində mövcud olan yerli KİV-lərin təmsilçiləri, həmçinin, yerli QHT-lərin və ictimaiyyətin nümayəndələri qatılıblar.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd internet istifadəçilərinin etik və hüquqi məsuliyyətləri barədə maarifləndirmə işi aparmaq, internet media resurslarının imkanlarının ailə dəyərlərinin inkişaf etdirilməsinə yönəldilməsinə yardım göstərməkdən ibarət olub.
Dəyirmi masa iştirakçəlarına layihə çərçivəsində hazırlanmış "İnternet media resurslarında yayılan informasiyalara görə yaranan etik və hüquqi məsuliyyət" adlı vəsait paylanıb.
Məlumat üçün qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirilən "Ailə dəyərlərinin inkişaf etdirilməsində "yeni media"nın rolunun artırılmasına yardım" layihəsi çərçivəsində baş tutub.