Azərbaycan və Boliviya arasında saziş imzalanıb Hadisə

Azərbaycan və Boliviya arasında saziş imzalanıb

Sənəd xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələri nəzərdə tutur

Azərbaycanın Boliviya Çoxmillətli Dövlətindəki səfiri Məmməd Əhmədzadə La Paz şəhərinə səfəri çərçivəsində Boliviyanın xarici işlər naziri David Choquehuanca ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar sahələrdə əməkdaşlıq, müqavilə-hüquq bazasının inkişafı, qarşılıqlı səfərlərin həyata keçirilməsi mövzuları müzakirə olunub. Görüşdən sonra "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Boliviya Çoxmillətli Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında saziş"in imzalanması mərasimi keçirilib.
Səfər çərçivəsində M. Əhmədzadə Boliviya Senatının sədri Eugenio Rojas, Senatın xarici əlaqələr komissiyasının sədri Gabriela Montano, Deputatlar Palatasının sədri vəzifəsini icra edən Javier Eduardo Zavaleta Lopez, Deputatlar Palatasının xarici əlaqələr komissiyasının sədri Betty Tejada, habelə xarici işlər nazinin müavinləri Juan Carlos Alluralde Tejada və Valter Clarems Endara Vera, enerji inkişafı nazirinin müavini Franklin Molina ilə görüşüb.