Elmar Məmmədyarov Çinə gedəcək Hadisə

Elmar Məmmədyarov Çinə gedəcək

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının xarici işlər naziri Van İnin dəvəti əsasında 30 iyun-2 iyul tarixlərində Çində rəsmi səfərdə olacaq.
XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində E. Məmmədyarovun Çin Xalq Respublikasının xarici işlər naziri Van İ və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.