Alimlərimiz Dubnada beynəlxalq elmi konfransda iştirak ediblər Hadisə
- 23 Noyabr 2018 16:15
- 5 404
Moskva vilayətində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) "Fiziklər və liriklər: MDB ölkələrində elm və ədəbiyyat sahəsində dünya təcrübəsi və reallıq" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir AMEA, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və BNTİ tərəfindən təşkil olunub. Konfransda AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nizami Məmmədov, Milli Məclisin deputatı Ağacan Abıyev, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid və başqaları iştirak ediblər.
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev konfransı açaraq Dubna elmi şəhərciyi və rəhbərlik etdiyi institutun fəaliyyəti barədə məlumat verib. Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir-elçisi Aqşin Əliyev alimlərə işlərində uğurlar arzulayıb. Daha sonra təbiət elmləri ilə humanitar elmlərin qarşılıqlı fəaliyyəti, gənclərin elm və mədəniyyət tarixinin öyrənilməsinə cəlb edilməsi, Azərbaycan və Rusiya alimlərinin əməkdaşlığının inkişafı və digər məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirələrdə BNTİ-nin əməkdaşları Valter Furman, Yevgeni Şablin, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun dosenti Abuzər Bağırov, AYB Moskva bölməsinin məsul katibi Afaq Şıxlı və başqaları iştirak ediblər.
Qeyd edək ki, dəqiq və humanitar elmlərin nümayəndələri arasında mübahisə ötən əsrin ortalarında sovet şairi Boris Slutskinin "Literaturnaya qazeta"da 1959-cu ildə dərc olunmuş "Fiziklər və liriklər" şeirindən sonra başlayıb. B.Slutski şeirində dünya qanunlarının dəyişməsi, müasir dövrdə ədəbiyyatçılara deyil, dəqiq elmlərə daha çox ehtiyac duyulduğu bildirmişdi. Xatırladaq ki, "Fiziklər və liriklər: MDB ölkələrində elm və ədəbiyyat sahəsində dünya təcrübəsi və reallıq" mövzusunda beynəlxalq elmi konfransın birinci hissəsi noyabrın 16-17-də Bakıda və Şamaxıda keçirilib.

-
“Niderland Fransanın diktəsi ilə hərəkət edir”
-
Azərbaycan-İraq Biznes Şurası yaradılacaq
-
Təbrizli jurnalist polis bölməsində döyülüb
-
Gürcüstan Parlamenti LGBT təbliğatını qadağan edən qanunu qəbul edib
-
Fransanın Ukraynada PUA və texnika üçün istehsal etdiyi avadanlıqların 30%-i Ermənistana ayrılır
-
Makronun impiçmenti üçün ilkin addım atılıb
-
Volodin Qərbi hədələyib
-
Sabit Bağırov: Ermənistan öz mənfəətinə uyğun olaraq Rusiyaya yardım edir
-
Naxçıvandan Şuşaya
-
Muğlada xaricə qaçmağa çalışan FETÖ-çülər yaxalanıb
-
Baş Prokurorluqda vakant vəzifələrin tutulması üçün müsahibə elan olunub
-
Ölkə ərazisində yaşayan əcnəbilərin inteqrasiyası: nəzəriyyə və praktika – Ekspertlərin təklifi
-
Vikipediyanın Azərbaycan dilində nə baş verir? - ARAŞDIRMA
-
Ermənistan Prokurorluğu Robert Köçəryana, Seyran Ohanyana və digərlərinə qarşı yeni cinayət təqibinə başlayıb
-
Sumqayıtda 20 yaşlı oğlan tikintidə yıxılaraq ölüb
-
Gəncə Dövlət Milli Dram Teatrı Bakıda çıxış edəcək
-
Azərbaycanın Xalq artisti Almaniyada yeddi dəfə Alfio partiyasını ifa edəcək
-
Kreml Rusiya ordusunun şəxsi heyətinin sayının artırılmasına aydınlıq gətirib
-
Rəsmi Bakı Niderlandı Azərbaycanla münasibətləri daha da sarsıdan bəyanatlara son qoymağa çağırıb
-
Baş nazir: Gürcüstanın Qərblə münasibətləri Ukraynada müharibə bitdikdən sonra yaxşılaşacaq
-
The Economist: Qaz ixracı artdıqca Azərbaycanın cari əməliyyatlar hesabı profisitdə qalacaq
-
İsveç gələn il müdafiə xərclərini 1,3 milyard dollar artıracaq
-
Prezident: Azərbaycan müstəmləkə üsul-idarəsindən əzab-əziyyət çəkən xalqlara dəstəyini davam etdirir
-
Estoniyanın keçmiş Baş naziri noyabrın 1-dən Aİ diplomatiyasına rəhbərlik edəcək
-
Prezident İlham Əliyev Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
-
Sabah yağış yağacaq, dağlıq ərazilərdə dolu düşəcək - PROQNOZ
-
Fədailərin çıxdığı, mixi yazıların saxlandığı, Şəhriyarın öydüyü Güney Azərbaycan şəhəri - ARAŞDIRMA
-
Bu ilin 8 ayında velosipedçilərin vurulması ilə nəticələnən 15 yol qəzası olub, 5 nəfər ölüb
-
Azərbaycanda yaşıl taksonomiyanın hazırlanması Dünya Bankı ilə müzakirə edilib
-
İsrail ordusu Qəzzada "İslami Cihad" komandirini zərəsizləşdirdiyini bildirib
-
DYP velosipedçilərə müraciət edib
-
“Külək enerjisi üçün Bakı, Abşeron və Xızı daha əlverişli hesab olunur”
-
Geomaqnit qasırğası bu gün günorta saatlarınadək davam edəcək - FOTO
-
“İcma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması vacibdir”
-
İsveçrəli müğənni: Azərbaycan tanımaq istədiyim ölkələrdən biridir - MÜSAHİBƏ
-
“Bu ölkəmizin qlobal və regional hədəflərə töhfəsidir”
-
Balakəndə 3 narkotik plantasiyası aşkar edilib, 5 nəfər saxlanılıb
-
İstanbulda Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərləri təqdim olunub
-
Rusiya daha 1020 hərbçisini itirib
-
Cəbrayılın Şükürbəyli kəndində 48 fərdi evin tikintisinə 7,7 mln. manat xərclənəcək
-
Nazir müavini: İlin sonuna xidmətlərin 15%-i rəqəmsal formaya keçiriləcək
-
Qarabağ Universiteti tələbələrinin Xankəndidə yerləşdirilməsinə başlanılıb
-
Prezident İlham Əliyev Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib
-
Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb - YENİLƏNİB
-
AÇG layihəsi üzrə əsaslı xərclər 45 mlrd. dollara çatıb
-
İran Avstriya vətəndaşını həbsdən azad edib
-
Hindistanda sürətlə yayılan virusa görə bir ştatda karantin elan edilib
-
Qızıl və gümüş yenidən ucuzlaşıb
-
Dünya bazarlarında neft bahalaşır
-
Azərbaycan nefti cüzi ucuzlaşıb
-
FHN sürücülərə müraciət edib
-
Azərbaycan QHT-ləri ABŞ və Aİ-də Rusiyaya sanksiyaların tətbiqi və icrasına nəzarət edən qurumların rəhbərlərinə açıq məktub ünvanlayıb
-
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
-
8 Noyabr prospektində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib
-
Bakıda avtobus velosipedçini vuraraq öldürüb
-
Ucarda yol qəzası olub, ölən var - FOTO
-
Amurda helikopter qəzaya uğrayıb - 3 nəfər ölüb
-
Bu günün valyuta məzənnələri
-
PKK-nın qırmızı kateqoriyada axtarışda olan məsul şəxsi zərərsizləşdirilib
-
Bakıda növbəti təhlükəsizlik forumu keçirilib