Ermənilər girovlara qarşı cinayət işi başladılar Hadisə

Ermənilər girovlara qarşı cinayət işi başladılar

Dağlıq Qarabağdakı separatçı rejimin "prokurorluğu" "diversant" kimi təqdim etdikləri 2 Azərbaycan vətəndaşı haqqında cinayət işi başlandığını açıqlayıb.
APA-nın verdiyi məlumata görə, açıqlamada bildirilir ki, Şaumyan rayonu ərazisində keçirilən əməliyyat zamanı Azərbaycan vətəndaşları - 1968-ci il təvəllüdlü Şahbaz Cəlal oğlu Quliyev və 1960-cı il təvəllüdlü Dilqəm Qardaşxan oğlu Əsgərov yaxalanıb.
Məlumatda bildirilir ki, Şahbaz Quliyevin üzərindən "AKMS" avtomatı, "PM" tapançası, iki ədəd "F-1" qumbarası, bu silahlar üçün səsboğucular və digər sursat, Dilqəm Əsgərovun üzərindən isə "AKMS" avtomatı, "PM" tapançası, səsboğucular və digər sursat aşkarlanıb. Əməliyyat zamanı üçüncü şəxsin müqavimət göstərdiyi və öldürüldüyü xəbər verilir.