Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
18 İyun 2019 17:04
1 757
Statistik göstəriciyə görə, Azərbaycanda təhsil sistemində çalışanların çoxunu qadınlar təşkil edir.
Bunu təhsil nazirinin müavini İdris İsayev “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Dayanaqlı İnkişaf Məqsədlərində əsas göstəricilərdən biri də təhsil sistemində gender məsələsinin gözlənilməsidir.
İ.İsayev qeyd edib ki, ölkəmizdə təhsil sistemində çalışan müəllimlərin 79 faizini qadınlar, təhsil alanların isə 47 fazini qızlar təşkil edir: "Peşə təhsilində müəllimlərin 69 faizi, tələbələrin 33 faizi, orta ixtisas səviyyəsində müəllimlərin 78 faizi, tələbələrin 65,6 faizi qadınlardır. Ali təhsilin bakalavriat səviyyəsində təhsil alan qadınların sayı 50 faiz olsa da, magistratura səviyyəsində bu göstərici 54 faizdir. Doktorantura səviyyəsində təhsil alanların 56 fazini qadınlar təşkil edir. Hazırda fəlsəfə doktoru hazırlığı üzrə təhsil alanların 51, elmlər doktoru üzrə təhsil alanların 46 faizi qadınlardır".
Nazir müavini əlavə edib ki, hazırda dünyada 53 milyona yaxın uşaq məktəbə getmir. Həmin uşaqların çoxu münaqişə bölgələrində yaşayır. Dünyada 103 milyon gəncin savadlılıq səviyyəsi aşağıdır ki, bunun da 60 faizi qadınlardır.
15 Sentyabr 18:33
700
15 Sentyabr 17:40
763
15 Sentyabr 17:12
784