Əraqçi: İranda iğtişaşlarda ABŞ və İsrailin roluna dair dəlillərimiz var
Ağadadaş Ağayev: Mənimlə bağlı verilən qərarı yüksək dəyərləndirirəm
Cari il ARDNF-yə CQD layihəsi üzrə 400 mln. manatdan çox daxilolma proqnozlaşdırılır
“Hadisələrin zorakılıq müstəvisinə keçməsi vəziyyəti daha ağırlaşdırır”
1 Avqust 2019 17:34
1 778
2019/2020-ci tədris ilində 3 nəfər incəsənət sahəsi üzrə, 3 nəfər dünya fənn olimpiadası, 22 nəfər respublika fənn olimpiadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan Internatıonal Baccalaureate təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olunub.
Bu barədə DİM-dən məlumat verilib.
Məlumata görə, müsabiqədən kənar qəbul olunan abituriyentlər dövlət sifarişi əsasında təhsil alacaq.
DİM-dən bildirilib ki, təqdim olunan dövlət sifarişli yerlərdən müvafiq ixtisaslar üzrə 99 yer artıq tutulub:
“1 nəfər Internatıonal Baccalaureate təhsil proqramı məzunu isə ADA Universiteti "Beynəlxalq münasibətlər" ixtisasına (təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir) qəbul olunub. 5 abituriyent isə müsabiqədənkənar qəbul olmaq hüququndan imtina edib və müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini qeyd edib.”