Şura SƏLİS-in e-müşahidə proqramına dair videoçarx hazırlayıb Hadisə

Şura SƏLİS-in e-müşahidə proqramına dair videoçarx hazırlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi çərçivəsində ilk dəfə olaraq QHT layihələrinin icra və hesabatlılıq vəziyyətinə dair "e-müşahidə" proqramını istifadəyə verib. Bu xidmət vasitəsi ilə QHT-lərin layihə hesabatlığına ictimai nəzarət təmin edilir, bu sahədə aşkarlıq və şəffaflıq daha da artırılır, layihənin idarə edilməsi və hesabatlıq vəziyyəti ilə bağlı QHT-lərin məsuliyyəti, maliyyə intizamı daha da gücləndirilir. Həmçinin QHT layihələrinin hesabatlığında mümkün subyektiv amillər tam olaraq aradan qaldırılır.