Döyüş təyyarələri cəbhə boyu uçuşları davam etdirirHadisə
4 Avqust 2014 19:33
1 638
Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri cəbhə xətti boyu uçuşları davam etdirir.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, təyyarələr ötən gün səhər saatlarından etibarən təmas xətti boyu müşahidə xarakterli uçuşlar həyata keçirib.
Təyyarələrin Ağdam, Goranboy, Tərtər, Füzuli, Beyləqan və Xocavənd istiqamətində uçuşları müşahidə olunur.