![Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb](https://xalqcebhesi.az/media/2024/07/26/225x136/66a3b6b520ab566a3b6b520ab61722005173b110f128a4f04e7e77a34d62ec55645e.jpg)

26 İyul 18:03
Gömrük nəzarətindən gizlədilən elektron siqaretlər aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, Rusiya istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin üst geyiminin altında gömrük nəzarətindən gizlədilən 560 ədəd üzərində “Yellow label” və 800 ədəd üzərində “Purple wave” yazıları olan “Heets” markalı elektron siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.