İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
8 Oktyabr 2019 13:18
1 764
12 oktyabr 2019-cu il tarixində Bakı Mühəndislik Universitetində (BMU) startapla bağlı seminar keçiriləcək.
Avrasiya.net xəbər verir ki, universitetin İnnovasiya Mərkəzinin tələbələr üçün həyata keçirdiyi budəfəki “UniTalks” adlı seminarın spikeri SUP.VC şirkətinin proqram meneceri Tariyel Ağazadə olacaq. Tariyel, SUP.VC şirkəti ilə yanaşı, İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində “growth” mentor, Techstars Startup Weekend, Startup Grind, Fuckup Nights və digər bir çox beynəlxalq startap brendlərinin Azərbaycan təmsilçisi və təşkilatçısı, yerli və beynəlxalq tədbirlərdə jüri, spiker və mentordur. T.Ağazadə bildirib ki, BMU İnnovasiya Mərkəzinin başlatdığı silsiləvi “UniTalks” tədbiri universitetin tələbələrində startap anlayışının formalaşmasında və real keyslər əsasında praktiki biliklər əldə etməsində mühüm rol oynayacaq. “Düşünürəm ki, bu ənənə Bakı Mühəndislik Universitetində innovativ və sahibkar düşüncəli gənclərin formalaşmasında, iqtisadçı və mühəndis tələbələrin bir araya gələrək öz ideyaları əsasında daha çox startapların qurulmasında mühüm vasitə olacaq. Bu təşəbbüsün digər universitetlərdə də həyata keçirilməsi zəruridir”,-deyə T.Ağazadə vurğulayıb.