
“Zəngilan qürurun, zəfərin və dirçəlişin şəhəri kimi tarixə düşüb”
20 Oktyabr 18:56
20 Oktyabr 18:56
20 Oktyabr 17:25
20 Oktyabr 17:08
İsrailin kəşfiyyat PUA-ları Livanın prezident sarayının üzərində dövrə vurub
Britaniya hərbçiləri hərbi obyektlər üzərindəki PUA-ları vura biləcəklər
ABŞ Senatı hökumətin maliyyələşdirməsi ilə bağlı qanun layihəsini yenidən rədd edib
Bessent: ABŞ G7-dən Rusiyaya təzyiqin artırılmasını gözləyir
KİV: Ağ Ev Netanyahunun Qəzza sülh razılaşmasını pozacağından qorxur
Bakı şəhəri, Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları xüsusatlarının istintaq yolu ilə araşdırılması məqsədi ilə Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.3 (əzab vermə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətini rəhbəri Eldar Sultanov məlumat yayıb.
O qeyd edib ki, iş üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv həyata keçirilməsini təmin etmək məqsədi ilə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb:
"Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməklə cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".