Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
İTSDA-nın əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri ƏƏSMN-ə həvalə edilib - FƏRMAN
Prezident MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolunu təsdiqləyib
31 Mart 2020 22:34
2 086
Səbail rayonunda oğurluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, martın 30-na keçən gecə Səbail rayonu ərazisindəki mağazaların birindən 2000 manat dəyərində 21 ədəd mobil telefonun oğurlanması barədə 9-cu polis bölməsinə məlumat daxil olub.
Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun həmin gecə digər bir gözəllik salonundan oğurluğa cəhd göstərməsi də müəyyən edilib.