20 Yanvar 11:51
20 Yanvar 11:24
8 Aprel 2020 17:56
2 261
“Hadisələrin inkişaf tendensiyalarına uyğun addımlar atılır”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargaıhn təşkil etdiyi mətbuat konfransında fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı ehtimala dair sualı cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, görülən işlərin nəticəsində Azərbaycanın vəziyyəti digər ölkələrlə müqayisədə yaxşıdır: “Azərbaycanın təcrübəsini öyrənmək istəyən dövlətlər var. Qaydalardan kənara çıxmaq istəyən vətəndaşlara münasibətdə də müvafiq addımlar atılır”.
H. Hacıyev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xalqa müraciət etdiyini xatırladıb: “Hər bir vətəndaşın bu məsuliyyəti paylaşması lazımdır”.
Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə nəzərə çatdırıb ki, dövlət başçısı fövqəladə hal elan edilməsini istisna etməyib: “Dövlət lazım gəldiyi halda bütün tədbirləri görəcək”.
20 Yanvar 16:01
1 239
20 Yanvar 14:36
1 141
20 Yanvar 12:18
1 281