Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdıracaq
Azərbaycanda “TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi başlayıb - FOTO
Andrey Babiş: Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq
Azərbaycan Prezidenti: Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq
16 May 2020 11:49
2 219
Mayın 16-da Bərdə rayonunun Qaradırnaq kəndinin bir qrup sakini heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbi ilə toplaşıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bununla əlaqədar kəndə gələn rayon polis şöbəsinin rəhbərliyi izahedici söhbətlər aparsa da, onlar öz hərəkətlərini davam etdirib, hətta kəndin digər sakinlərinə məxsus pay torpaqlarının onlara örüş sahəsi kimi verilməsini də tələb ediblər. Onların bu hüquqazidd əməllərinin qarşısının alınması üçün hadisə yerinə polis əməkdaşları cəlb olunub. Asayiş keşikçilərinin dəfələrlə etdikləri xəbərdarlığa məhəl qoymayan qrup üzvləri polisə qarşı müqavimət göstəriblər.
Onların hərəkətlərinin qarşısı alınıb, ictimai asayiş tam bərpa edilib. Polisin qanuni tələblərinə riayət etməyən və müqavimət göstərən 14 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib.
Aparılan araşdırmaların nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.