
Diaspor Jurnalistləri Birliyinin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin internet saytının baş redaktoru Qaraş Tağıyev Xocalı soyqırımı ilə bağlı film çəkib.
Bu haqda DJB-nin mətbuat xidmətindən xəbər verilib. Filmin əsas süjet xəttini Moldova Ombudsmanı Aureliya Qriqoriunun Ermənistan parlamentində Xocalı soyqırımı ilə bağlı ədalətli çağırışı, Xocalı həqiqətlərini səsləndirməsi və bunun nəticəsində Ermənistanda üzləşdiyi fəlakətlər, təhlükələr təşkil edir. Filmdə Aureliya Qriqoriu ermənilərin nəinki təcavüzkar və mənfur, hətta qonağa və hüquq müdafiçisinə qarşı kobud olduğunu və başına gələnləri göz yaşlarıyla danışıb. Filmin əsas məqsədi erməni təcavüzkarlığının sərhədsizliyini və Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Yaxın günlərdə təqdimatı olacaq filmin mətni rus və azərbaycan dillərində işlənilib.