İranın HHM qüvvələri Fars körfəzi üzərində düşmən PUA-sını vurub Dünya

İranın HHM qüvvələri Fars körfəzi üzərində düşmən PUA-sını vurub

İranın hava hücumundan müdafiə (HHM) sistemləri Fars körfəzi üzərində, səmada düşmənə məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hədəfin yayındırılması və vurulması texniki xüsusiyyətləri açıqlanmayan yeni HHM sistemləri vasitəsilə həyata keçirilib.

Daha əvvəl İslam Respublikasının mediası Fars körfəzindəki Keşm adası rayonunda HHM vasitələrinin işi nəticəsində partlayış səslərinin eşidildiyi barədə məlumat yaymışdı.

Məryəm Quliyeva