“Bu, ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq təzahürüdür” Siyasət

“Bu, ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq təzahürüdür”

“WUF13 layihəsi müasir dünyada dayanıqlı inkişafın əsası ekoloji balansın və innovativ idarəetmənin təməli məhz düzgün planlaşdırılmış şəhərsalma siyasətidir. Bu gün müstəqil Azərbaycan həm beynəlxalq dialoq platformalarının, qlobal idman və mədəniyyət layihələrinin mərkəzi həm də müasir urbanizasiya tendensiyalarının müəyyənləşdiyi strateji məkana çevrilib. Bu kontekstdə Bakı şəhərinin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq təzahürüdür”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.

Deputat bildirib ki, öz miqyasına, əhatə dairəsinə və sürətinə görə qlobal səviyyədə nadir nümunələrdən olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq bu prosesi bunun ən parlaq nümünəsidir: “Bu mənada, Bakıda keçirilən WUF13 Azərbaycanın formalaşdırdığı konseptual şəhərsalma yanaşmasının, eləcə də işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən unikal praktiki təcrübənin beynəlxalq arenada təqdimatı üçün əvəzolunmaz qlobal platformadır”.

M.Cəfərov vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumunun yekununda qəbul edilən “Bakı Fəaliyyətə Çağırışı” sənədində qlobal mənzil böhranının həll edilməsi, mənzilin yalnız əmtəə deyil, təməl insan hüququ olaraq qəbul edilməsi və şəhərlərin iqlim dəyişikliyinə qarşı dayanıqlılığının artırılması nəzərdə tutulur: “Sənəd qlobal miqyasda qəbul edilmiş qərarların yalnız nəzəriyyədə qalmaması, birbaşa praktik addımlara çevrilməsi üçün beynəlxalq qurumları, hökumətləri və bütün maraqlı tərəfləri qətiyyətli tədbirlər görməyə səsləyir”.

Röya İsrafilova