“Ukrayna zərbələri müharibədə dönüş yaratmır” Gündəm

“Ukrayna zərbələri müharibədə dönüş yaratmır”

“Son dövrlər Ukraine tərəfindən Russia ərazisinin dərinliklərinə, xüsusilə neft emalı zavodlarına endirilən zərbələrin intensivliyi artıb”.

Bu sözləri hərbi ekspert Səxavət Məmmədov “xalqcebhesi.az”a açıqlaması zamanı söyləyib.

Ekspertin sözlərinə görə, bu hücumlar Rusiyanın hərbi və iqtisadi potensialını zəiflətməyə yönəlib, lakin cəbhə xəttində hələlik həlledici dəyişiklik yaratmayıb:
“Ukrayna Rusiyanın iqtisadi imkanlarını zəiflətməyə çalışır. Neft emalı zavodlarına zərbələr bu baxımdan ciddi təsir göstərir, amma bu, cəbhədə əsaslı dönüş yaratmayıb.
Əks istiqamətdə Rusiya ordusunun hücum aktivliyinin artdığı müşahidə olunur.
Son dövrlər rusların hücumları daha da intensivləşib. Bu, müharibənin yaxın mərhələdə daha da şiddətlənəcəyini göstərir”.

Ekspert əlavə edib ki, Rusiya eyni zamanda Baltikyanı ölkələrə yönəlik təhdid ritorikasını da davam etdirir və bu, regionda təhlükəsizlik risklərini artırır:
“Ukraynanın endirdiyi zərbələr Rusiyaya iqtisadi baxımdan ziyan vursa da, müharibənin ümumi gedişatını dəyişəcək səviyyədə deyil.Müharibə davam edəcək və qarşıdurmanın daha da sərtləşməsi ehtimalı yüksəkdir. Hər iki tərəf maksimum resurslarla mübarizə aparır, lakin bu zərbələr hələlik müharibədə dönüş nöqtəsi yaratmır”.

Günel Elxan