İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
10 Avqust 2020 16:28
2 443
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin imzaladığı əmr ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) əməkdaşları Təşəkkürnamələrlə təltif edilib.
Agentlikdən bildirilib ki, Təşəkkürnamələri nazir müavini Anar Əliyev DOST Agentliyinin əməkdaşlarına təqdim edib.
Bu gün agentliyin aparatında baş tutan tədbirdə nazir müavini Anar Əliyev DOST Agentliyinin iki il öncə Prezident İlham Əliyevin imzaladığı fərmanla təsis edildiyini xatırladıb. Onun sözlərinə görə, DOST ölkəmizdə yenilik olduğuna görə, bəzən bir sıra çətinliklərlə müşaiyət olunur. Çünki yeni qaydalar tətbiq edilir. Buna baxmayaraq, DOST fəaliyyət göstərdiyi müddət ərzində özünü doğrultmağı bacarıb. Bu brendin formalaşmasına, o cümlədən vətəndaş məmnunluğunun yüksək səviyyədə olmasına görə DOST-da çalışan əməkdaşların zəhməti xüsusi qeyd olunmalıdır.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, da öz növəsində qeyd edib ki, DOST ölkəmizin uğurlu bir brendinə çevrilməkdədir. Bu istiqamətdə Prezident İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin daim diqqəti hiss olunur.
Çıxışlardan sonra ƏƏSMN tərəfindən hazırlanmış təşəkkürnamələr əməkdaşlara təqdim edilib.
18:33
644
17:40
728
17:12
749
















