Erməni Davudoğluya məsləhət verəcək Hadisə

Erməni Davudoğluya məsləhət verəcək

Arzu Şirinova

Ədalət və İnkişaf Partiyası Türkiyədə hakimiyyət başına gələndən ermənilrə sevgilərini bu və digər mənalarda öz əməllərilə bildiriblər, bu gün də bildirirlər. Keşmiş baş nazir, indiki prezident Rəcəb Tayyib Ərdoğan onalr hakimiyətə gələndən bu yana Türkiyəyə çörək pulu qazanmağa gələnlərin sayının ardığını, hava yolu vasitəsilə Ermənistana gediş-gəlişin coxaldığını bildiridi. Bu ilin 24 aprelində isə Ərdoğan ermənilərə qondarma soyqırım münasibətilə başsağlığı verdi. Bu, Türkiyə Cümhuriyyəti tarixində dövlət rəsmisinin ermənilərin 1915-ci ildə "soyqırımına" məruz qalmaları haqqında iddialarını qəbul etməsi üzrə ilk faktdır. Həmin vaxt Nazirlər Kabineti Ərdoğanın adından bu haqda yazılı açaqlama verdi. Həmin açıqlamada bildirilirdi:"Hər bir din və millətdən milyonlarca insanın həlak olduğu birinci Dünya Savaşı əsnasında təhcir (məcburu köçkün deməkdir-A.Ş.) kimi qeyri-insani sonuclar doğuran hadisələrin yaşanmış olması, türklər ilə ermənilər arasında duyğudaşlıq qurulmasına, qarşılıqlı insani yardımvə davranışlar sərgiləməsinə əngəl olmamalıdır". Bu açıqlamadan sonra Türkiyənin "Hürriyət" qəzeti yazdı:" Hər il 24 aprel ərəfəsində rəsmi Ankara Ağ Evin ermənilərə başsağlığı mesajında hansı ifadələrin yer alacağını diqqətlə izlyir. Ancaq bu il Ankara Ağ Evdən daha sürətli tərpənib. Yada salaq ki, ötən il ABŞ prezidenti Barak Obama olayları "böyük qırğın" adı ilə anmışdı. Baş nazir Ərdoğan isə ermənilrin 1915-ci il qondarma soyqırımı ilə bağlı "tehcir" ifadəsi işlədib". Türkiyənin keçmiş prezidenti Abdullah Gül də ermənilərə sevgisini kimsənin ağlına gəlməyən və hər bir türkün təəccübünə səbəb olan bir formada bəyan etdi. Türkiyədə keçirilən futbol oyununa dəvət alan Ermənistan prezidenti Serj Sarkisyanı xücusu qonaqpərvərliklə qarşıladı. Sarkisyanın və özünün stulunu- hansı ki, həmin stulda oturub Türkiyə və Ermənistan futbol komandalarının oyunlarını seyr edəcəkdilər- çox böyük qiyməti olan qızıl və brilyantlarla bəzətdirdi. Həmin oyunda Azərbaycanın bayrağını futbol meydanında qaldırmağa qoymadılar və bayrağımız hətta ayaqlar altına atıldı. Hələ bu harasıdır, Abdulla Gülün xanımı Hayrunnisa Gül Sarkisyanın Türkiyəyə gəlişi münasibətilə yemək bişirdi və Ermənistan prezidentinə sevgilərini bu sayaq bildirdi. O Sarkisyan ki, Türkiyəyə indi də ərazi iddialarından əl çəkməyib. Və bu iddialarını hər fürsətdə bəyan edir. Daha mən Azərbaycanın 20 faiz ərazisinin işğalında, bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurdlarından didərgin düşməsində birbaşa iştirakını demirəm. Həmin iştikakda Sarkisyanın əli Azərbaycan türkünün qanına bulaşmışdı. Bəlkə də bu fikirlərimə gərə kimlərinsə qınaq hədəfi olaram və deyər:"Ermənistan prezidenti Sarkisyanın Türkiyəyə ərazi iddiasını bilə-bilə Abdullah Gül də, Rəcəb Tayyib Ərdoğan da sanki heç nə olmamış kimi davranıb və ermənilərə xüsusu rəğbət, məhəbbət göstərdikləri halda Azərbaycanın onlardan daha artıq nələrsə istəməsinə lüzum yoxdur. Çünki onların siyasəti bəllidir- yalnız Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat vermək, Dağlıq Qarabağ problemi həll olunmayınca Ermənistanla Türkiyə sərhədlərinin açılmayacağını yeri gələndə bildirmək. Halbuki, hava yolu sərhədləri açıqdır və bu yolla Ermənistan öz güzəranını qura bilir. Hakimiyyətdə olan AK Parti isə bundan artığını ya etmək istəmir, ya da etmk üçün gücü çatmır". Bu yolu hazırda Türkiyənin yeni baş naziri və Ərdoğanın sağ əli sayilan Əhməd Davudoğlu inkişaf etdirir. Mətbuat yazır ki, Əhməd Davudoğlu erməni jurnalist Etyen Mahçupyanı özünə baş məsləhətçi seçib. Davudoğlu "Ağıllı İnsanlar Heyəti" quraraq həmin quruma cəmiyyətdə bir sıra tanınmış insanları dəvət edib. Baş nazir erməni jurnalistə də bu qurumda təmsil olunmaq üçün təklif göndərib.
Etyen Mahçupyan bu təklifi mənmuniyyətlə qəbul etdiyini bildirib. Mahçupyan Türkiyədə qətlə yetirilən erməni jurnalist Qarant Dinkin redaktoru olduğu "Aqos" qəzetində çalışıb. Sözügedən qəzetin türkə və Türkiyəyə mövqeyi bəllidir. Yəni nifrət az qala hər yazıda və hər səhifədə ortaya qoyur. Belə olan halda erməni jurnalist Davudoğluya hansı məsləhəti verəcək?