08:29
595
Salyanda baş verən qəza bir nəfərin ölümünə səbəb olub.
APA-nın Mil-Muğan bürosunun bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KİA" markalı avtomobil idarəetmənin itirərək yoldan çıxıb və aşıb. Qəza nəticəsində Goranboy rayon sakini, 1994-cü il təvəllüdlü Babayev Namaz Qurban oğlu hadisə yerində ölüb.
2007-ci il təvəllüdlü Orucsoy Nahid Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon xəstəxanasına yerləşdirlib.
O, daha sonra paytaxt xəstəxanalarından birinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.