DAK qurultayını ölkə xaricində keçirəcək Hadisə

DAK qurultayını ölkə xaricində keçirəcək

Sabir Rüstəmxanlı: "Yeni qurultayımızı çox güman ki, Türkiyədə keçirəcəyik"

Dünya Azərbaycanlıları Konqresi (DAK) növbəti qurultayını keçirməyə hazırlaşır. Bu barədə Modern.az saytına DAK həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı məlumat verib.
Onun sözlərinə görə qurultaya ciddi hazırlıq işləri gedir. Sabir Rüstəmxanlı qurultayın keçiriləcəyi tarixi isə açıqlamayıb: "Tarix bizə məlumdur. Amma hələ ki, mətbuata açıqlamaq istəmirik. Hazırlıq işləri tam qurtarandan sonra mediaya ətraflı məlumat veriləcək".
DAK həmsədri qurultayın keçiriləcəyi məkanı və həmin qurultayda Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) lideri, ABŞ-da yaşayan Mahmudəli Çöhrəqanlının iştirakı etməsi haqqında danışıb: "Qurultayın keçiriləcəyi yer bəllidir. Yeni qurultayımızı çox güman ki, Türkiyədə keçirəcəyik. Mahmudəli Çöhrəqanlının Türkiyəyə gəlməsində problem olmaz. Özü gəlməsə də, yəqin ki, nümayəndəsini qurultaya göndərər".
Qeyd edək ki, 2013-cü ilin avqust ayında Çöhrəqanlı Bakıya gəlsə də, viza problemindən dolayı geri qaytarılmışdı.