“525-ci qəzet” 22 yaşını qeyd edir Hadisə

“525-ci qəzet” 22 yaşını qeyd edir

Rəşad Məcid: "Qəzetimiz ötən illərdə böyük ordu yetişdirib"

"525-ci qəzet"in yaranmasından 22-ci il ötdü. 1992-ci il noyabrın 17-də qəzetlərin siyahısında 525-ci olan nəşr kimi bu ad altında fəaliyyətə başladı. Ancaq indi "525-ci qəzet"in adı ilk sıralarda çəkilir.
Qəzetin baş redaktoru Rəşad Məcid deyir ki, "525-ci qəzet" ötən illərdə böyük ordu yetişdirib. R.Məcidin sözlərinə görə, karyerasına "525-ci qəzet"də başlayanlar çox yerlərdə işləyir: "Qəzetdə isə yaşlı ziyalılarla yanaşı cavanları, tələbələri də çap edirik. Ən böyük uğurumuz isə nəsillər arasında körpü yaratmağımızdır. Dəyərləri önə çəkmişik. Ən yaşlı nəsildən tutmuş gənc nəslə qədər insanlar bizdə çap olunur. Bu qəzet daha çox mədəniyyət, ədəbiyyat və mənəviyyat qəzetidir".
R.Məcid bildirib ki, qəzet fəaliyyəti dövründə həmişə hansısa həqiqətləri qışqıraraq yox, sakit yazıların içində deyib.
"Xalq Cəbhəsi" qəzetinin kollektivi "525-ci qəzet"in yaranmasının 22-ci ildönümü münasibətilə qəzetin kollektivini təbrik edir, bu yolda yorulmaz fəaliyyət arzu edir.