

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Məlum olduğu kimi, bu gün Azərbaycanda Vətən müharibəsi şəhidləri anılır.
Bununla əlaqədar olaraq Gəncənin Şah Abbas Cümə Məscidində vəhdət namazı qılınıb. Şəhidlərin ruhuna dualar oxunub. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov və din xadimləri iştirak edib.
Gəncədə Aleksandr Nevski Rus Pravoslav Kilsəsində də Vətən müharibəsi şəhidləri xüsusi mərasimlə yad edilib. Anım mərasimi zamanı şəhidlərimizin ruhuna dualar oxunub.
Gəncədəki Yəhudi Dini İcmasında Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib. Anım mərasimində Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxunub, yaralılara şəfa dilənib.
Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.