Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
9 Dekabr 2020 15:01
2 982
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə şəhid ailələrinə və yaralılara dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması çox yüksək qiymətləndirilir.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, Prezident İlham Əliyev daim bütün Azərbaycan vətəndaşlarını, xüsusən də qəhrəman əsgər və zabitlərimizi, şəhid ailələrini, yaralıları diqqət mərkəzində saxlayır:
“Amma insanların da istəklərini nəzərə alaraq belə bir fondu yaratmaq olduqca məqsədəuyğundur. Necə ki, Azərbaycan xalqı bir yumruq kimi Ali Baş Komandan ətrafında birləşib, “YAŞAT” Fondu həmin birliyin, gücün davamıdır. Hər bir insan bu fonda istədiyi qədər vəsait köçürəcək və beləliklə də Vətən qarşısında öz borclarını şərəf və ləyaqətlə yerinə yetirmiş əsgər və zabitlərimizin ailələrinin, özlərinin təminatı ilə bağlı dəstəklərini göstərəcəklər. Hər bir insan da bundan yalnız şərəf və məmnuniyyət duyacaq.
Ona görə də cənab Prezidentin atdığı hər bir addım xalqın ürəyindən xəbər verir və Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Hesab edirəm ki, belə bir fondun yaradılması olduqca əhəmiyyətli bir məsələdir və bu, xalqımızın birliyinə və həmrəyliyinə xidmət edən gözəl bir təşəbbüsdür”.
15 Sentyabr 18:33
728
15 Sentyabr 17:40
819
15 Sentyabr 17:12
833