8 Sentyabr 19:09
8 Sentyabr 15:01
11 Fevral 2021 17:41
2 212
Media nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə səfər ediblər.
Trend TV-nin məlumatına görə, səfər zamanı məktəbin komandanlığı ilə görüş keçirilib. Görüşdə məktəbin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətlərinə dair ətraflı məlumat verilib.
Hərbi təhsil müəssisəsində jurnalistlər məişət şəraiti, hərbi və fiziki hazırlıq bazası, o cümlədən müxtəlif fakültələrindəki tədris prosesi, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqla da tanış olublar.
Sonda media nümayəndələri kursantlarla birgə nahar ediblər.



