Azad olunmuş ərazilərdə dağılmış evləri görəndə, insan çox pis hislər keçirir - Sakin Hadisə

Azad olunmuş ərazilərdə dağılmış evləri görəndə, insan çox pis hislər keçirir - Sakin

İşğaldan azad olunmuş ərazilərdə dağılmış, sökülmüş evləri görəndə insan çox pis hislər keçirir.

Bunu Trend-in Qabağ bürosuna açıqlamasında Qubadlı rayon sakini Nizami Əhmədov deyib.

Onun sözlərinə görə, Muradxanlı, Mərdanlı və Qubadlının digər kəndləri gözəl və abad yerlər idi: “Hamısında həyat qaynayırdı, insanların bağı, baxçası var idi. İndi isə gəlib görürük ki, ermənilər buranı dağıdıb, xarabalığa çeviriblər.

Vaxtilə mən hüquq-mühafizə orqanlarında işləmişəm, birinci Qarabağ müharibəsidə ermənilərlə döyüşmüşəm. O vaxtlar ermənistan ilə sərhədi qoruyurduq, bir metr belə torpağımız işğal olunmamışdı. AXC və Musavat cütlüyü hakimiyyətə gəldikdən sonra ara qarışdı, kəndlər başsız qaldı, idarə edən olmadı, erməni fürsətdən yararlanaraq gəlib hamını buradan didərgin saldı".