DÇ-2026: F qrupunda son tura start verilir İdman

DÇ-2026: F qrupunda son tura start verilir

2026-cı il dünya çempionatında III turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə F qrupunun iki görüşü baş tutacaq.

Tunis millisi Niderlandla qarşılaşacaq.

Qrupun digər matçında isə Yaponiya İsveçlə üz-üzə gələcək.

Hər iki matç Bakı vaxtı ilə saat 03:00-da start götürəcək.

DÇ-2026
F qrupu, III tur
26 iyun
03:00. Tunis - Niderland

03:00. Yaponiya - İsveç