QHT nümayəndələri ADU-da imtahanları izlədi Hadisə

QHT nümayəndələri ADU-da imtahanları izlədi

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə Əlaqələr Departamentinin universitetə dəvəti çərçivəsində bəzi QHT nümayəndələri imtahan prosesini izləyib.
Universitetin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, Korrupsiyaya Qarşı Mübarizə şəbəkəsinin üzvü Əhməd Abbasbəyli imtahan prosesini izləyib. Həmçinin universitetdə yaradılan Operativ Qərargahın üzvləri və valideynlər də bu prosesdə iştirak edib.
İştirakçılar imtahanların obyektiv, düzgün və şəffaf keçirildiyini bildiriblər.
İmtahan sualları ilə maraqlanan Əliməmməd Nuriyev aparılan monitorinqlərin obyektivliyə xidmət etdiyini vurğulayıb.
Tələbələr imtahanların yüksək səviyyədə keçdiyini, heç bir qayda pozuntularının olmadığını və lazımi şərait yaradıldığını bildiriblər.