“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
“Revanşist düşüncə ilə anlayacağı dildə danışılmalıdır”-Əli Zülfüqaroğlu
1 Mart 2021 11:12
2 205
Şəhid ailələrinə və müharibə əlilləri üçün mənzil təminatı proqramı 2021-ci ildə 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişlənəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artır.
2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50% çox olmaqla 934 mənzil və fərdi ev verilib.
Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə əvvəlki illə müqayisədə 70%-ə yaxın çox olmaqla 1572 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verildi.
2021-ci ildə isə 2018-ci ilə nisbətən bu proqram 5 dəfəyə yaxın genişlənəcək. Bu il 3 minədək mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim ediləcək.
Ümumilikdə bu vaxta qədər 9200-dək mənzil və fərdi ev həmin kateqoriyalardan olan vətəndaşlara verilib.
18:33
504
17:40
574
17:12
588