Bəzən bələdiyyə sədrləri qanunsuz olaraq təkbaşına qərar verir - Bələdiyyələrlə İş Mərkəzi Hadisə

Bəzən bələdiyyə sədrləri qanunsuz olaraq təkbaşına qərar verir - Bələdiyyələrlə İş Mərkəzi

Bələdiyyə sahəsində olan qanun pozuntularından biri də bələdiyyələrin vəzifəli şəxslərinin təkbaşına qərar verməsidir.

Trend-in məlumatrına görə, bu barədə Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin bu gün keçirilən onlayn brifinqində deyilib.

Bildirilib ki, bələdiyyələr kollegial qurumdur və qərarlar təkbaşına deyil, iclaslar vasitəsilə verilməlidir. Ancaq bəzən bələdiyyələrin vəzifəli şəxsləri təkbaşına qərar verir ki, bu da cinayət hesab olunur.

Qeyd edək ki, 2020-ci ildə İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokollar üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 10-u üzrə cinayət işi başlanılıb.