“O ərazi yerli bir vətəndaşa icarəyə verilib”-Nazirlikdən ov edən ərəblərlə bağlı məsələyə MÜNASİBƏT Hadisə

“O ərazi yerli bir vətəndaşa icarəyə verilib”-Nazirlikdən ov edən ərəblərlə bağlı məsələyə MÜNASİBƏT

Məsələyə münasibət bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, qurum bu kimi halların qarşısını almaq üçün tədbirlər görür:

Hikmət Əlizadə: "Böyükşor gölü müəyyən ekoloji problemləri olan su hövzəsidir" - Aze Voice

“Ölkəyə turistlərin gəlməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir. Digər xarici ölkə vətəndaşları kimi ərəb ölkələrindən də insanlar ölkəmizə gələ, istirahətini təşkil edə bilər.

O başqa məsələdir ki, istirahətin təşkili zamanı ölkə qanunlarının pozulması halları baş verərsə, bu zaman müvafiq orqanlar öz səlahiyyələri daxilində hərəkət etməli, bunun qarşısını almalıdır. Məlumat bizə daxil olan kimi araşdırma apardıq.

Məlum oldu ki, Acınohurda 372 hektar ərazi 2017-ci ildə yerli bir vətəndaşa icarəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir, onlar da orada istirahət edirlər.

Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Araşdırmanın gedişatında bir neçə gün əvvəl ərəb turistlərinin həmin ərazidə heyvanlarla rəhmsiz rəftar etməsi ilə bağlı məlumat daxil oldu. Bununla bağlı onlar cərimə edildilər.

Dünən mətbuatda məlumatlar yayıldı ki, həmin ərazidə hətta ov da aparılıb. Bununla bağlı araşdırmalara başladıq. Fakt qismən müəyyən edildi”.

Nazirlik rəsmisi deyib ki, məsələ ilə bağlı bəzən sosial şəbəkələrdə yanlış foto və videolar yayılır:

“Sosial şəbəkələrdə və mətbuatda köhnə dövrlərə aid, hətta ərazisini müəyyən etmək mümkün olmayan fotolar paylaşılıb. İddia olunur ki, bunlar hamısı həmin ərazidə baş verib. Xatırladım ki, hazırda quşların miqrasiyası bitib. Ölkədə quşların sayı da azdır.

Amma bəzi faktlar öz təsdiqini tapdı və 2 ərəb turisti tərəfimizdən 4 min manat cərimə edildilər. Hazırda yasaqlıq ərazisində tərəfimizdən onların hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb. Müxtəlif yerlərdə postlar qurulub.

Bu fəaliyyət və araşdırmalarımız davam etdiriləcək. Bilirik ki, bu məsələyə ictimaiyyət həssas yanaşır. Bəzən xarici vətəndaşların gəlməsi və qanunu pozması qəzəb doğurur. Amma dövlət qurumları bu məsələdə öz səlahiyyətlərinə uyğun hərəkət edirlər. Məsələyə həssas yanaşan, məlumatları vaxtında ötürən bütün insanlara öz təşəkkür edirik”.