Rusiya Dilqəm Əsgərovun məsələsini Ermənistanla müzakirə edəcək Hadisə

Rusiya Dilqəm Əsgərovun məsələsini Ermənistanla müzakirə edəcək

Rusiya ölkə vətəndaşı olan Dilqəm Əsgərovun saxlanılması məsələsini Ermənistanla müzakirə edəcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ənənəvi mətbuat konfransında girovun taleyi barədə sualı cavablandırarkən deyib.
S.Lavrov bildirib: "Onu erməni tərəfi saxlayıb və biz bu məsələni Ermənistanla müzakirə edəcəyik".
Nazirin sözlərinə əsasən, dünyanın müxtəlif ölkələrində saxlanılan bir çox Rusiya vətəndaşı var: "Məlumat almaq üçün onların taleyi ilə daim maraqlanırıq. Saxlanılma səbəbləri haqqında informasiya, vətəndaşlarımıza qarşı sürülən ittihamların ağırlığı, onların hansı şəraitdə saxlanılması, saxlanılan vətəndaşlarımız barədə hansı planların mövcudluğu əsasında müvafiq qərar qəbul edirik".
XİN rəhbəri əlavə edib ki, bunun üçün mövcud olan kanallar, Rusiyanın müvafiq ölkələrlə ikitərəfli kanallarla qərarlar qəbul edilir.