İşğaldan azad edilmiş ərazilərdə minaya düşənlərin ümumi SAYI açıqlanıb Hadisə

İşğaldan azad edilmiş ərazilərdə minaya düşənlərin ümumi SAYI açıqlanıb

Baş Prokurorluq işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və xəsarət alanların ümumi sayını açıqlayıb.

Qurumdan bildirilib ki, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 20 mülki şəxs həlak olub, 86 hərbi qulluqçu, 29 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.