Tusk: Polşa Ukraynaya "Patriot" raketləri verməyi planlaşdırmır Dünya

Tusk: Polşa Ukraynaya "Patriot" raketləri verməyi planlaşdırmır

Polşa hələlik Ukraynaya "Patriot" sistemləri üçün əlavə raketlər vermək niyyətində deyil.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Parisdə "istəkli koalisiya" liderlərinin görüşündən sonra jurnalistlərə məlumat verib.

"Biz hələlik bu tipli yardım planlaşdırmırıq", — deyə Tusk mətbuat konfransında jurnalistin müvafiq sualına cavab verib. Mətbuat konfransı "TVP Info" telekanalı tərəfindən canlı yayımlanıb.

Məryəm Quliyeva