Altı ayda 23 minə yaxın şəxsə proaktiv qaydada pensiya təyin olunub Cəmiyyət

Altı ayda 23 minə yaxın şəxsə proaktiv qaydada pensiya təyin olunub

2026-cı ilin yanvar-iyun ayları ərzində 22 690 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onların 54,53%-ni kişilər, 45,47%-ni isə qadınlar təşkil edib.